7 manatlıq dərmanı 61 manata satırlarmış

İyulun 30-da Tarif Şurası daha çox tələbat olan 250-dən çox dərmanın qiymətini təsdiq edib.

Həmin dərmanlardan 20 faizinin qiyməti 3, 40 faizinin qiyməti isə 2 dəfədən çox enib. Qiymətlər sentyabrın 15-dən qüvvəyə minəcək.

Qiymətlərə nəzər salanda hazırkı qiymət ilə endirilmiş qiymətlər arasında çox böyük fərq olduğu görülür. Məsələn, Rusiya istehsalı olan “Amlotop” hazırda 10-13 manata satılır – bundan sonra 1 manat 7 qəpiyə satılacaq. Macarıstan istehsalı, 5-7 manata olan “Kardolopin” 1 manat 6 qəpiyə satılacaq. ABŞ istehsalı olan “Liprimar”ın indiki qiyməti 25-31 manatdır. Ancaq 3 manata satılacaq. Qiyməti 7 manat müəyyən edilmiş Ukrayna istehsalı olan “Proneyro” 51-61 manata, yaxud Argentina istehsalı olan “Qaston” preparatı apteklərdə 13-17.50 manata satılır. Tarif Şurası “Qaston”-un pərakəndə satış qiymətini 1 manat 50 qəpik məbləğində müəyyənləşdirilib və s.

Ümumilikdə, ən çox qiymət fərqi Macarıstan, Kipr, Misir və Argentina istehsalı olan dərmanlarda özünü göstərib. İtaliya və Almaniya kimi iri əczaçılıq məhsulları istehsal edən ölkələrin dərman vasitələrinin qiymətində nisbətən az dəyişiklik baş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar