Bakıdan qayıdan ermənilərin məhkəməsi başlayır

Ermənistanda üzləşdiyi acınacaqlı vəziyyət və ifrat yoxsulluq səbəbindən bir neçə il əvvəl könüllü olaraq Azərbaycan tərəfə keçmiş Yeqişe Gevorkyan barəsində başlanmış cinayət işi məhkəmənin vaxtı məlum olub.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, məhkəmə prosesinə avqustun 13-də start veriləcək.

İşə hakim Levon Arazyanın sədrliyi ilə Vedi şəhərində baxılacaq.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri – həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna və oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviç 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə qanunsuz olaraq Naxçıvan Muxtar Respublikası ərazisinə keçib və Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq həmin şəxsləri 2014-cü il dekabrın 12-də qarşı tərəfə qaytarıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Y. Gevorkyan ailəsi birlikdə Naxçıvana keçəndə onun barəsində dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə cinayət işi açıldığını bildirmiş, o, ailəsi Ermənistana təhvil veriləndə isə həbs qətimkan tədbiri Ermənistandan çıxmama haqda iltizamla əvəzlənmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar