BMT İraqla bağlı həyəcan təbili çaldı

İraqlıların dörddə birinin təcili olaraq humanitar yardıma ehtiyacı var, onların yarısına isə ərzaq yardımı göstərilməlidir".

Anspress-in məlumatına görə, bu barədə BMT-nin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, İraqda müharibə zonasına yardım göstərilməsə, həmin ərazilərdə yaşayan ailələr kömək üçün İraqın üçdə birinə nəzarət edən ekstermist silahlılara müraciət etməyə məcbur olacaqlar.

Hazırda ölkənin aqrar sektoru dərin böhran içindədir. Rəsmilər İraqın aqrar sektoruna böyük ziyanın dəydiyini etiraf edirlər. Sıravi İraqlılar üçün isə ailələrini çörəklə təmin etmək getdikçə çətin bir problemə çevrilir. Höküməti isə öz növbəsində ciddi büdcə problemilə üzləşib. Belə ki, hökümət xərclərinin böyük hissəsini təhlükəsizlik məsələlərinə yönəldilir.

Qeyd edək ki, ötən ay BMT İraqa yardım etmək üçün əlavə 500 milyon dollar vəsait lazım olduğunu bildirmişdi. BMT 3 milyon köçkün də daxil edilməklə, İraqda 8 milyona yaxın insana yardım edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar