“SAVAŞ ƏRDOĞANIN MÖVQEYİNİ GÜCLƏNDİRİR” – Fransa mediası

Türkiyədə baş verən hadisələr dünya mətbuatının diqqət mərkəzindədir. Fransanın “Slate.fr-analitik” informasiya portalı da bu mövzuda “Türkiyənin İŞİD-ə cavabı və ya Ankaranın ikili oyunu” başlıqlı məqalə ilə şıxış edib. “AzPolitika.info” həmin məqaləni kiçik ixtisarla təqdim edir:

-Türkiyə öz ərazisində baş verən teror aktına qarşı cavab verdi. Ankara 20 iyul tarixində Suruçdakı kamikadzenin özünü partlatmasından sonra ilk dəfə olaraq, İŞİD-ə qarşı birbaşa zərbə endirdi. Bundan başqa bir neçə polisin öldürülməsi hadisəsini öz üzərinə götürən Kürd İşçı Partiyasına (PKK) qarşı da Türkiyə Silahlı Qüvvələri tərəfindən havaddan zərbələr vuruldu. Buna baxmayaraq, hansısa bir paradoksun yaşandığı hiss edilir. PKK (Bu təşkilat Vaşinqton və Avropa Birliyi tərəfindən də terror təşkilatı hesab olunur) İŞİD-ə qarşı bölgədəki mübarizəsinə görə beynəlxalq koalisiyyanın köməyindən yararlanır.

Məsələ ilə bağlı olaraq, Türkiyənin Ədalət və İnkişaf Partiyasından(AKP) olan baş naziri Əhməd Davutoğlu deyib: “İstənilən terrorçu təşkilat sərhədlərimizdə təhlükə törədəcəyi təqdirdə, biz tərəddüd etmədən buna cavab verəcəyik”.

Türkiyəyə qarşı yönələn terror təhlükəsinə qarşı həyata keçirilən əməliyyatlara paralel olaraq, son günlər 590 nəfər (hazırda 1200-ə yaxınfdır- red.) həbs edilib. Həbs ounanlar, İŞİD və PKK –nın ölkə içərisində güman edilən döyüşçüləridir.

Qrenobl Siyası Araşdırmalar İnstitunun beynəxal münasibətlər və Türkiyə üzrə tanınmış mütəxəsis Jan Marku baş verən hadisləri belə şərh edib: “Türkiyədə yaşanan hadisələrə daxili siyasət yönündən baxmaq lazımdır”.

Seçki planına görə, hökümət öz keçmiş mövqeyini qaytarmaq üçün iki cəbhədə mübarizəyə girişib. İndi PKK-ya qarşı əməliyyatlar aparmaq əhalinin millətçi əhval-ruhiyəsindəki hissəsinin maraqlarına uyğun gəlirsə, İŞİD-ə zərbə vurmaq Suruçda baş verən hadisədən sonra bir neçə şəhərdə etiraz nümayişinə çıxmış xaqın istəklərinə cavab verir. Hökümətin fəaliyyətsizliyi İŞİD-in ölkə ərazisində aktivləşəcəyinin səbəbi kimi başa düşüləcəkdi.

-Seçki məsələsi

Bu il keçirilən seşkilərdə hakimiyyətdəki AKP əhalinin iki qrupunun (kürdlər və millətçilər)dəstəyini itirdi. Səs vermədə kürdyönümlü Xalqların Demokratiyası Partiyası (HDP) ilk dəfə pariya şəkilində deputat kürsüləri qazandı. Milliyyətçi Hərəkat Partiyası isə seçkidən üçüncü partiya olaraq çıxdı.

Millətçilər hakimiyyətin 30 illik müharibədən sonra 2012-ci ildən PKK separatçıları ilə danışıqlara başlamaq qərarını daimi kəsin etirazla qarşılayıblar. Türkiyə ordusunun PKK-nın hərbi düşərgələrini bombalaması atəşkəsin pozulması kimi qiymətləndirilir. Jan Markunun fikrinə görə İraqda PKK əleyhinə başalnan döyüşlər böyük ehtimalla xarici deyil, daxili siyasətlə bağlı məsələlərdən qaynaqlanır. İyun ayında keçirilən seçkilərdə AKP əhalinin böyük əksəriyyəti kürdlərdən ibarət olan cənub-şərq bölgəsindəki mövqelərini xeyli itirib.

Jan Marku bildirib:”AKP –nin birmənalı olmayan siyasət yürütmək xüsusiyyəti var. Kobani şəhərinin mühasirəsi zamanı, hər iki tərəfi terrorçu hesab edən hökümət kürd döyüşçüləri və İŞİD arasında seçım edə bilmirdi. Ancaq buna baxmayaraq, Türkiyə höküməti kürd peşmərgə əsgərlərinin Kobaniyə getməsinin qarşısında əngəl yaratmadı.

Hiss olunur ki,hökümət öz qarşısında iki məqsəd qoyub: millətçiləri sakitləşdirmək və kürd elektoratını da yaddan çıxarmamaq”

Bu gün islam –mühafizəkar partiyası olan AKP seçkilərin nəticəsinə müvafiq olaraq koalisiyon hökümət formalaşdırmaq məcburiyyətindədir.Əgər bu mümkün olmasa, Türkiyə payızda növbədənkənar seçkilərə gedən yola doğru irəlləyəcək.

-Təhlükəsizlik

İyun ayında keçirilən seçkilərdəki təbliğat kompaniyasında ölkə prezidentinin rolunun gücləndirilməsi məsələsi mərkəzi yer tuturdu.Yeni seçkilər keçiriləcəyi təqdirdə isə bu mənada ilk yeri Suriya böhranı tutacaq. Bu isə prezident Rəcəb Təyyub Ərdoğanın xeyrinə işləyə bilər. Ərdoğanın şəxsinə aid müxalifətin iradları əsas etibarı ilə hökümətin işlərinə prezidentin qarışması ilə bağlıdır. Müxalifət Ərdoğandan konstitutsiyaya uyğun olaraq, tərəf saxlamadan hakim rolunda çıxış etməsini tələb edir.

Hazırda hərbi gücün nümayişi, savaş Ərdoğanın mövqeyini gücləndirir. Bu barədə Jan Marku deyib:”Belə bir sual yaranır, görəsən AKP yeni seçkilər planı qurmur ki? Onda heç də asan olmamasına baxmayaraq yeni seçkilər ərəfəsində, o özünü ölkəni terror təhlükəsindən müdafiə edən bir şəxs kimi təqdim edəcək”.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar