Vitali Kliçkoya ağlasığmaz təklif: 1 milyard dollar!

Ukrayna hakimiyyətinin nümayəndələri “UDAR” (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) Partiyasının lideri, məşhur peşəkar boksçu Vitali Kliçkoya 2015-ci ildə prezidentliyə namizəd olmaması üçün 1 milyard dollar pul təklif ediblər.

APA-nın xəbərinə görə, bu barədə “Ukrainskaya pravda” qəzeti məlumat yayıb. V. Kliçko başqa əməkdaşlıq təkliflərindən də imtina edib.

“Ukrainskaya pravda” yazır ki, V. Kliçkoya prezidentliyə namizədliyi qeydə alınmazsa özünü loyal aparmasının müqabilində 1 milyard dollar təklif olunub. Siyasətçi bundan imtina etdikdən sonra ona prezident seçiləcəyi təqdirdə 2004-cü ilə qədər qüvvədə olmuş və baş nazirə geniş səlahiyyətlər verən Konstitusiyanı geri qaytaracağı və Viktor Yanukoviçi baş nazir təyin edəcəyi haqda vəd verməsi təklif olunub. Kliçko bundan da imtina edib.

Qeyd edək ki, sosioloji rəy sorğularına əsasən V. Kliçko Ukraynada ən nüfuzlu müxalifət lideridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar