İran ABŞ və Kanada müfəttişlərini nüvə obyektlərinə buraxmayacaq

İraqXarici KİV-in yaydığı xəbərə görə, nüvə obyektlərinin xarici müfəttişlər tərəfindən təftişi zamanı İran, ABŞ və Kanada nümayəndələrini həmin obyektlərə buraxmayacaq. «BBC»-i xəbər verir ki, bu bəyanatı İran İslam Respublikası (İİR) xarici işlər nazirinin müavini Abbas Arakçı səsləndirib (Rosbalt).

«Amerikalı və kanadalı müfəttişlər İrana gələ bilməzlər. İranın nüvə proqramı üzrə sazişdə qeyd olunur ki, müfəttişlər İranın diplomatik münasibətlər qurmuş olduğu ölkələri təmsil etməlidirlər» - deyə, milli televiziya ilə çıxışı zamanı iranlı diplomat bəyan edib.

A.Arakçı onu da qeyd edib ki, MAQATE müfəttişləri ölkənin hərbi sənədlərinə çıxışla təmin edilməyəcəklər.

İranın nüvə obyektlərinin beynəlxalq təftişi nüvə proqramı üzrə əldə olunmuş razılaşma sənədləri ilə nəzərdə tutulub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar