Suriya və İraqdan olan 600 uşaq Britaniyadan sığınacaq istəyib!

Xarici KİV-in yaydığı xəbərə görə, İngiltərəfnin Cənub-şərqi Yaxın Şərq bölgəsindən gələn kimsəsiz uşaqlarla bacara bilmir. La-Manş tunelindən keçərək və ya boğazı paromla adlayaraq ölkəyə daxil olan bu uşaqlar Britaniya hökumətindən sığınacaq istəyirlər (Rosbalt).

Kent qraflığı Şurası yaranmış vəsait defisintini örtmək məqsədilə Londondan 8,6 milyon dollar sifariş edib. Bu vəsait uşaqlara sosial köməklik göstərilməsi və onların təhsil müəssisələrinə yerləşdirilməsi istiqamətlərinə xərclənməldir (TASS).

Son məlumatlara görə, Suriya və İraqdan Birləşmiş krallığa gəlmiş və yaşlı şəxslərlə müşayiət olunmayan uşaqların sayı 605 nəfər təşkil edir. Onların ən gəncinin 12 yaşı var.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar