PKK terrorçuları bu dəfə dəmiryolçunu öldürdülər

Türkiyənin cənub-şərqində son günlər silahlı toqquşmalar xüsusən intensivləşib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərzurum-Qars xətti ilə hərəkət edən qatarı partlatmağa cəhd göstərən PKK silahlıları zədələnmiş dəmiryolu xəttini təmir edən dəmiryolçulardan birini güllələyiblər. Qars valisi Adəm Ünal xəbəri təsdiqləyib.

“İşçilərdən biri başından güllə yarası alaraq ölüb. Təhlükəsizlik xidmətinin bir əməkdaşı isə güllə yarası ilə xəstəxanaya çatdırılıb”.

Dünən gecə Ərzurum-Qars reysi ilə hərəkət edən qatarı məsafədən idarə olunan bomba ilə partlatmağa cəhd göstərilsə də, partlayış yalnız dəmir yolu xəttini zədələnmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar