Rəsul Cəfərovun həbs müddəti 3 ay azadıldı

Bakı Apellyasiya Məhkəməsində Hüquq müdafiəçisi Rəsul Cəfərovun apellyasiya şikayətinin yekun baxış iclası keçirilib.

BBC Azərbaycancanın məhkəmədə iştirak edən müxbiri Xanım Cavadovanın sözlərinə görə, hüquq müdafiəçisinin həbs müddəti 3 ay azaldılıb.

Bir neçə gün öncə Rəsul Cəfərov ittiham edildiyi vergidən yayınma maddəsinin nəzərdə tutduğu borcu ödəyib.

Vəkil Fariz Namazlı deyib ki, 7000 manata yaxın borcun ödənməsi ilə Cəfərov barəsində "vergidən yayınma" maddəsinə xitam verilə bilər. Çünki, Vergi Məcəlləsində vergi borcu ödəndiyi zaman cinayət məsuliyyətindən azad edilmə nəzərdə tutulur.

Həmçinin, Cinayət Məcəlləsi borcun ödənməsi vergidən yayınmaya görə ilk dəfə həbs edilən şəxsi məsuliyyətdən azad edir.

Cənab Namazlı hüquq müdafiəçisinin həbs müddətini bir il azaldıla biləcəyini demişdi.

İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov 2014-cü il avqust ayında həbs edilib.

O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur. İstintaq dövründə ona qarşı, həmçinin, mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də əlavə ittihamlar elan olunub.

2015-ci ilin aprel ayında o altı il altı ay müddətinə azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar