Xəbər aparıcısı canlı efirdə ağladı - VİDEO

Türkiyənin TRT kanalının xəbərlər proqramı aparıcısı Bulut Severcan efirdə göz yaşlarını saxlaya bilməyib.

APA-nın məlumatına görə, aparıcı PKK tərəfindən qətlə yetirilən Malazgirt qəsəbəsinin jandarma rəisi, mayor Arslan Kulaksız haqqında efirə gedən süjetdən sonra göz yaşlarına hakim ola bilməyib və növbəti xəbəri çətinliklə oxuyub.

Süjetdə A.Kulaksızın həyat yoldaşı Sibel Kulaksız həmin gün baş verənlərdən danışır.

Növbəti süjeti efirə getsə də, aparıcı xəbərin davamını tamaşaçılara çatdıra bilməyib.

Bu anları əks etdirən video sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Qeyd edək ki, mayor A. Kulaksızın həyat yoldaşı Sibel Kulaksızla azyaşlı qızının olduğu avtomobilə iyulun 27-də silahlı hücum olub. Hücum nəticəsində ağır xəsarət alan A. Kulaksız həyatını itirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar