Bu gün Qış Olimpiyadasının ev sahibi bilinəcək

Pekin yarışlara ev sahibliyi etmək hüququna namizədlərdir.

Bu gün Malayziyada Beynəlxalq Olimpiya Komitəsinin (İOC) 128-ci sessiyası baş tutacaq. İclasın gündəliyinə daxil edilmiş əsas məsələ 2022-ci il qış Olimpiya Oyunlarının keçiriləcəyi ölkənin müəyyən edilməsidir. Almatıvə Pekin yarışlara ev sahibliyi etmək hüququna namizədlərdir.

Pekin 2008-ci Yay Olimpiya Oyunlarını qəbul edib. Beləliklə Çin paytaxtı dünyada həm qış həm də yay Olimpiya Oyunlarını qəbul etmiş yeganə şəhər ola bilər.

Alma-ata 1994-cü və 2014-cü Olimpiya Oyunlarının keçirilməsi üçün müraciət etsə də onun namizədliyi qəbul edilməyib.

XXIV Qış Olimpiya Oyunlarının paytaxtı gizli səsvermə yolu ilə müəyyən ediləcək. Qalib sadə səsvermə yolu ilə seçiləcək.

Səsvermədə Beynəlxalq Olimpiya Komitəsinin 100 üzvündən 85 iştirak edəcək.

Çin Xalq Respublikasının sədri Si Cinpinin sözlərinə görə, 2022-ci il Oyunlarının Pekində keçirilməsini ölkənin bütün əhalisi dəstəkləyir. Bu barədə o Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinə videomüraciətdə deyib. /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar