Azərbaycanda diplom almaq neçəyə başa gəlir? - Bahalı TƏHSİL

Ölkə universitetlərinin bahalı diplomları nə keyfiyyətli bilik, nə də ixtisas üzrə iş vəd edir

Bu il orta məktəbi bitirən məzunlar ali məktəblərə qəbul olmaq üçün dörd qrup üzrə imtahan veriblər. Çətin mərhələni geridə qoyan gəncləri qarşıda daha həyəcanlı anlar gözləyir. Onlar artıq topladıqları balları bilsələr də, amma konkret hansı universitetə və hansı fakultəyə daxil olacaqları sual altındadır. Hətta, imtahanlardan kifayət qədər bal (450-600) yığan məzunlar və onların valideynləri ixtisas seçimində çətinlik çəkirlər. Həmin ballara uyğun prioritet olan fakultələrin çoxuna qəbul dövlət hesabına deyil, ödənişli əsaslarla həyata keçirilir.

Narahatlıq doğuran məsələlərdən biri də tələbələrə verilən təhsilin keyfiyyətinin onlardan tələb olunan təhsil haqqına uyğun gəlməməsidir. İndi pul ödəyib təhsil alan tələbələrdən tutmuş ekspertlərə qədər hər kəs ölkədə təhsil haqlarının yüksək olmasından gileylənirlər. Hətta, dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan tələbələr də onlara verilən zəif biliyin əvəzində çox pul alındığını deyirlər.

Statistikaya görə, dövlət təhsil müəssisələrində ödənişli fakultələrin ən minimal qiymətləri ölkədəki aylıq orta əmək haqqından (orta əmək haqqı təxminən 450 manat təşkil edir) çox yüksəkdir. Maliyyə durumu aşağı olan ailələrin uşaqlarının bu məktəblərdə oxuması, demək olar ki, qeyri-mümkündür və ya təhsil haqqını ödəmək üçün onlar borc tapmalıdırlar. Əgər bir ailədən iki uşaq pullu ixtisasa düşübsə, onda, bu, tamamilə mümkünsüz olur.

Bakı şəhər sakini Nərmin Abbasova da bu il məktəbi bitirən məzunlardandır. O, üçüncü ixtisas qrupu üzrə imtahandan 240 bal toplayıb və əmindir ki, yalnız ödənişli fakultəyə daxil ola bilər. Lakin o, universitetdə təhsil almaqdan imtina etmək məcburiyyətindədir. Çünki qardaşı Murad Abbasov keçən il Qafqaz Universitetinin Biznesin idarə etməsi fakultəsinə daxil olub və buna görə illik 4000 manat ödəyirlər. Ona görə də, indi ailənin büdDövlət Universitetlərinin prioritet ixtisaslarının illik haqqıcəsi Nərminin də pullu universitetdə oxumasına imkan vermədiyindən, o, sənədlərini hər hansı bir texnikuma vermək niyyətindədir.

Təhsil qiymətlərinin artırılması Azərbaycan Tələbələr Birliyini də narahat edir. Tələbələr Birliyində hesab edirlər ki, ali təhsil müəssisələrində təhsil haqlarının qaldırılması gənclərin ali təhsil almasına ciddi maneçilik törədir: "Bu kimi hallar tələbə adını qazanan bir çox gənclərin təhsilə başlamasına, gələcəkdə ölkəmizə yararlı mütəxəssis olmalarına şərait yaratmır. Bu hallarla qarşılaşmamaq üçün ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizmlərini yaratmaq, tələbələrə vaxtaşırı təqaüdlər təqdim etmək, tələbə və ali təhsil müəssisəsi arasında münasibətləri tənzimləyən müqavilələr bağlamaq, tələbələrin sosial statusunun müəyyənləşdirmək lazımdır".

Dövlət Universitetlərinin prioritet ixtisaslarının illik haqqı

Mənbə: “Abiturient – 4” jurnalı. 2015-ci il

Dövlət universitetlərində prioritet olmayan ixtisasların illik haqqı

Mənbə: “Abiturient – 4” jurnalı. 2015-ci il

Cədvələ nəzər salsaq görərik ki, prioritet olan ixtisasların təhsil haqları yüksək, çox da önəm daşımayan ixtisasların isə təhsil haqları az olmasa da, amma o qədər də yüksək deyil. Sanki, daha çox maraq doğuran ixtisasların qiymətləri qəsdən artırılır. Bu isə bazar iqtisadiyyatına bənzəyir: “Daha çox tələbat olana, daha çox qiymət”. Keçən ildən isə keçid ballarını, hətta, 150 bala qədər endirmək əsas məqsədin pullu fakultələri doldurmaq olduğundan xəbər verir.

Təhsil Nazirliyinin açıqlamasına görə, dövlət ali təhsil müəssisələrində illik təhsil qiymətlərini İqtisadi İnkişaf Nazirliyi yanında Tarif Şurası müəyyən edir. Özəl ali təhsil müəssisələri isə biznes siyasətini müstəqil müəyyən edir. Dövlət strukturları bu siyasətə qarışmır.

Amma lisenziyanı da özəl universitetlərə verən Təhsil Nazirliyidirsə, onda, məsuliyyət də haradasa, onların üzərinə düşür. Çünki özəl universitetlər lisenziya alırlarsa, onlar bilməlidirlər ki, aldıqları yüksək pul müqavilində yüksək də təhsil verməlidirlər.

Özəl universitetlərdə illik təhsil haqları

Mənbə: “Abiturient – 4” jurnalı. 2015-ci il

Xarici təcrübəyə nəzər salsaq, görərik ki, ABŞ-ın Priston ,İngiltərənin Şeffild , Kanadanın Toronto kimi özəl universitetlərin də təhsil haqları yetərincə yüksəkdir. Onların da ödəniş sisteminə dövlət qarışmır. Amma onlardakı təhsilin keyfiyyəti nəzərə alınarsa, orada müəllimlərin tələbələrə verdiyi maxsimum savad verilmiş pula dəyir. Belə olmasa idi, bu özəl universitetlərin adları dünyanın 100 ən yaxşı universiteti arasında ön sırada olmazdı.

Azərbaycanda, hələ ki, yuxarıda adı çəkilən xarici özəl universitetlərin standartlarına cavab verən bir universitet var, o da, Azərbaycan Diplomatik Akademiyasıdır (ADA) . Dövlət universiteti olan bu təhsil ocağının fakultələrinin illik təhsil haqqının qiyməti 4800 manat civarında olsa belə, onların xüsusi qaydaları var: 670-700 bal yığan tələbələr ADA-da birinci il tamamilə pulsuz təhsil alırlar; əgər semestr imtahanlarını yüksək balla verirsənsə, yenə də həmin ili təhsili ödənişsiz başa vura bilərlər.

Azərbaycan Diplomatik Akademiyasının binası

Xarici ölkələrin universitetlərin diplomu bütün dünyada tanınır və məzun istədiyi yerdə asanlıqla işə daxil ola bilər. Amma Azərbaycanda kifayət qədər pul verib oxunan universitetlərdə nə keyfiyyətli biliyə yiyələnmək mümkündür, nə də bitirilmiş ixtisas üzrə iş tapmaq mümkündür. Həm də həmin təhsil ocaqlarının diplomu olkə xaricində tanınmır. Özəl universitetlərin diplomu isə çox vaxt heç ölkə daxilində də qəbul olunmur.

Azərbaycanda tətbiq olunan ödəniş sisteminə münasibət bildirən təhsil ekspert Etibar Əliyevin fikrincə, belə şəraitdə təhsil haqlarının qaldırılması yolverilməzdir: “Universitet rəhbərlərinin gətirdiyi arqument belədir ki, guya, ödənişlərə Tarif Şurası qərar verir. Amma bu əsassız arqumentdir. Özəl tədris müəssisələri qiyməti qaldıra bilər, onların dövlətdən bir o qədər asılacağı yoxdur. Hətta, dövlət büdcəsindən maliyyələşdirilmədiklərini əsas gətirib, xərclərinin qarşılanmadığına görə tarifləri artırırlar. Bəs, 100 % büdcədən maliyyələşən dövlət ali məktəblərində təhsil haqları niyə get-gedə yüksəlir. Burada iki amil ola bilər: rektorların özbaşnalığı; dövlətin bu sahəyə nəzarətsizliyi”.

Etibar Əliyev - “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri

Neftlə zəngin olan Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) bütün dövlət universitetləri pulsuzdur. Bundan başqa, hər bir tələbəyə 700 dollara qədər təqaüd verilir. Küveytdə isə minə yaxın ali təhsil məktəbi var ki, onlar da hamısı dövlət hesabınadır. Burada subaylara 700, evlilərə 1200 dollar təqaüd verilir.

Avropa ölkələrində də dövlət universitetləri ödənişsizdir. Bu ölkələrdə özəl universitetlərin illik qiyməti də çox yüksək deyil, 500-1000 arasında dəyişilir. Bundan başqa, çoxailəli və 14 yaşına kimi uşaqları olan ailələrin uşaqları da özəl universitetlərdə pulsuz təhsil alırlar.

Beləliklə, vətəndaşın bilikli olması dövlətin üzərinə düşən ən mühüm məsələlərdən biri olmalıdır. Amma, təəssüf ki, bizdə öncə təhsil yox, pul amili önə çəkilir. Düşünürük ki, Təhsil Nazirliyi bu sahədə əsaslı dəyişikliklər etməli, bununla bağlı xüsusi tədbirlər paketi hazırlamalıdır.

635x100

Şərhlər

Hakim 2015-07-31 14:24:54

salam 38 yasim var Saatli rayonu Pese litseyinde bir illik kend teserrufati muhasibatliq ucotun bitirmisem menim bu diplomun hecneye yaramir diplom nece elde ede bilerem

Son yazılar