Sinoptiklər xəbərdarlıq edir

Azərbaycanda isti, günəşli hava şəraitinin avqustun 5-dək davam edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

Avqustun 5-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti və kəskin isti temperatur diskomfortu əksər insanlar üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsiz olacaq. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar