Cərimələrdən yayınmaq çətinləşəcək - Mağazaların diqqətinə!

Azərbaycanda antiinhisar orqanları tərəfindən təyin edilən cərimələrdən yayınmaq çətinləşəcək Nazirlər Kabineti “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edib. Fins.az-ın məlumatına görə, dəyişiklik nəticəsində antiinhisar qurumlarının səlahiyətləri artırılıb. Belə ki, əvvəlki qaydalara görə, antiinhisar orqanları tərəfindən müəyyən edilən cərimə ödənmədikdə və ya qismən ödəndikdə, antiinhisar xidməti belə şəxsləri məhkəməyə verə bilərdi. Dəyişikliklərdən sonra isə artıq məhkəməyə müraciət etməyə ehtiyac qalmayacaq. Antiinhisar xidməti cərimənin və ya maliyyə sanksiyasının məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edəcək və bu qərarın məcburi qaydada icrasının həyata keçirilməsi üçün icra məmurlarına göndərəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar