İçində 11 nəfər olan maşın körpüdən aşdı: ölənlər var

Gəncədən İmamzadə dini kompleksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib.

Kəpəz TV xəbər verir ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü yol ötürücüsünün üzərində olarkən idarəetməni itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb.

Şahidlərin bildirdiyinə görə, avtomobildə bir neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər.

Samux rayonu Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar