Tiflisdə SOCAR-ın "zapravka"sına basqın edildi

Gürcüstan DİN iyulun 31-nə keçən gecə Tiflisdə Moskva prospektində (Tiflis ətrafı) SOCAR yanacaqdoldurma stansiyasının mağazasına basqın olunmasını təsdiqləyib.

Oxu.az “Sputnik-Georgia”ya istinadən xəbər verir ki, naməlum şəxs soyuq silahla hədə-qorxu gələrək, mağazadan 800-900 lari arası pul (350-390 dollar) çıxarıb.

“Hadisə gecə baş verib. Təfərrüatlar dəqiqləşdirilmir”, - DİN mətbuat xidmətinin əməkdaşı jurnalistlərə bildirib.

İstintaq “qarət” maddəsi üzrə aparılır, bu maddəyə görə beş ildən yeddi ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar