Rusiya Türkiyə üçün endirim edib

Russia-s-Prime-Minister-Putin-and-Gazprom-CEO-Miller-attend-a-gas-pipeline-openiRusiyanın energetika naziri Aleksandr Novak “Qazprom” ilə “BOTAŞ” arasında təbii qazın nəqlində 10,25%-lik endirim barədə razılığa gəldiklərini bildirib.

“APA-Economics”in Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, rusiyalı nazir hələ ki, əldə olunan endirim ilə bağlı razılıq mətninin imzalanmadığını bildirib.

Bundan başqa, A.Novak Rusiya qazını Türkiyə vasitəsilə Avropaya daşıyacaq “Türk axını” layihəsinin dayandırılması ilə bağlı yayılan xəbərlərin də əsassız olduğunu bildirib.

Türkiyə tərəfinin layihənin dayandırılması ilə bağlı heç bir təklif irəli sürmədiyini bildirən nazir hökumətlərarası razılıqla bağlı danışıqların davam etdirildiyini vurğulayıb. “Bizdə olan məlumata görə, Türkiyə tərəfi də bu sahədə işləri davam etdirir”, - deyə o əlavə edib.

Yeri gəlmişkən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov payızda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Valdimir Putinin görüşəcəyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar