Tacir Şahmalıoğlunun qardaşı dənizdə batıb - VİDEO

Müğənni Tacir Şahmalıoğlunun dənizdə batmış qardaşı Mahir Allahverdiyevin axtarışları davam edir.

APA-nın məlumatına görə, bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

Belə ki, Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.

Hazırda xilasedicilər M.Allahverdiyevin axtarışlarını davam etdirir. Onun ailə üzvləri çimərliyə gələrək məlumat gözləyirlər.

 T. Şahmalıoğlunun sözlərinə görə, qardaşı, 36 yaşlı Mahir Allahverdiyev bu gün Novxanı çimərliyində batıb: “Hazırda xilasedicilər onun axtarışlarını həyata keçirir. Qardaşımı tapmaq hələlik mümkün olmayıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar