“Qətiyyətli olmasaydıq, Türkiyə xaosun içində idi...” - Əhməd Davudoğlu

davudoglu_47İraqın şimalında PKK terror təşkilatına qarşı Silahlı Qüvvələrimizin əməliyyatı onların tərk-silah edilməsinədək davam edəcək. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Əməliyyatlar silahlı qruplaşmalar ölkəni tərk edənə və ya silahı yerə qoyanadək, İŞİD Türkiyə üçün təhlükə kəsb etməyənədək davam edəcək” – xəbərdarlıq edib baş nazir.

Onun sözlərinə görə, Türkiyə hökumətinin terror təhlükəsinə qarşı addımları doğrudur və vaxtında atılıb. “Əgər biz hücumlara vaxtında reaksiya verməsəydik və yeni hökumət formalaşması bəhanəsi ilə zaman itirsəydik, Türkiyə indi xaosun içində idi” - əlavə edib Davudoğlu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar