Türkiyədə polisə növbəti hücum: 2 terrorçu məhv edilib

Türkiyənin Van vilayətində bir qrup PKK silahlısı Jandarma Komandanlığı və polis bölməsinə hücum edib.

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, hücum yerli vaxtla 20.30 radələrində Jandarma Komandanlığını və 1 kilometr aralıda yerləşən polis idarəsini eyni vaxtda atəşə tutublar.

Məlumata əsasən, hücuma dərhal cavab verilib. İlkin məlumatlara görə, 2 PKK terrorçusu məhv edilib, 1-i yaralanıb. Qaranlıqdan istifadə edib qaçmağa müvəffəq olan digər terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar