Kürd lider PKK-ya yox, TSK-ya səsləndi - "Silahı yerə qoyun"

HDP sədri bu hərəkətin heç kimə faydası olmadığını bildirib.

Türkiyədə çox sayda rəsmi və mülki insanın ölümündən və avtomobillərin yandırılmasından sonra HDP-nin həmsədri Səlahəddin Demirtaş səssizliyini pozmağa qərar verdi. Anspress-in məlumatına görə, Şanlıurfanın Suruc rayonunda baş vermiş terror hadisəsindən sonra hədələyici bəyanatlar səsləndirən Demirtaş güya tərəflərə müraciət edib.

Uzun müddətdir bölgədə terrorçuların avtomobil yandırmaqlarına reaksiya verməyən Demirtaş ilk dəfə barədə açıq fikir bəyan edib. Avtomobillərin yandırılmasının doğru bir hərəkət olmadığını deyən kürd lider bunun dərhal və bəhanəsiz dayandırılmasını tələb edib. Yanan maşınların hamının malı olduğunu deyən HDP sədri bu hərəkətin heç kimə faydası olmadığını bildirib.

Ancaq 20-yə yaxın insanın PKK tərəfindən öldürülməsindən sonra danışmağa qərar verən Demirtaş danışmağın bir məziyyət olduğunu və insanların problemlərini danışaraq həl etmələrinin ləyaqətli bir hərəkət olduğunu bildirib.

PKK terror təşkilatına birbaşa “silahı yerə qoyun” müraciəti etməyən Demirtaş zorakılığın dayandırılması üçün “Türkiyə Silahlı Qüvvələri”nə (TSK) səslənib: “Türkiyə üçün əlinizi tətikdən çəkin. Zorakılıq dayansın, minbir zəhmətlə yaradılan müzakirə masasına qayıdın.”

Qarşıdakı həftə CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşəcəklərini deyən Səlahəddin Demirtaş sülh üçün bozqurdların lideri ilə də görüşməyə hazır olduğunu deyib: “Cənab prezident, cənab baş nazir, cənab Baxçalı – hamısı ilə görüşməyə hazırıq. Sülh üçün bizim qapımız hər kəsə açıqdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar