ABŞ təsdiqlədi: terrorçu lider öldü

Taliban qruplaşması rəsmi Kabillə danışıq masasına dəvət olunur

Əfqanıstanda taliban qruplaşmasının liderlərindən olan Molla Ömərin ölümü xəbərini rəsmi Vaşinqton da təsdiqləyib. Anspress-in məlumatına görə, Ağ ev terrorçu liderin ölüm xəbərinə dair bəyanat yayıb.

“ABŞ kəşfiyyat qrupu Əfqanıstan taliblərinin sabiq lideri Molla Məhəmməd Ömərin ölməsi xəbərini təsdiqləyir.” – deyə bəyanatda bildirilir.

Bəyanatda terrorçu liderin ölüm səbəblərinin bilinmədiyi, amma bu vəziyyətin neçə illərdir minlərlə insanın ölümünə səbəb olmuş terrorçunun olmaması baxımından Əfqanıstanın daha təhlükəsiz ölkə olması adına müsbət addım olduğu bildirilib.

“Ötən həftə Əşrəf Qəni bu ölkənin prezidenti seçildi. Prezident Barak Obama məsuliyyətini öz üzərinə götürərək ABŞ tarixindəki ən uzun müharibəni, Əfqanıstan müharibəsini sonlandırdı. Amma Əfqanıstan təhlükəli ölkə olmağa davam edir. Qanlı hadisələr günahsız mülki insanların həyatı bahasına Əfqanıstanda sülhə mane olur”.

Öldürülən terrorçu lider Molla Məhəmməd Ömər

Taliban qruplaşmasını rəsmi Kabillə danışıq masasına dəvət olunduğu bəyanatda Əfqanıstana dəstəyin davam edəvəyi vurğulanıb.

Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay

“Taliblər bu keçid dövründə verəcəkləri qərarla ölkədəki döyüşə davam edə bilər və ya sülhü seçə bilərlər. Talibləri prezident Qəninin sülh danışıqları çağırışlarını dinləməyə dəvət edirik. Biz və beynəlxalq müttəfiqlərimiz prezident Qəniyə dəstək verməyə davam edəcəyik”.

Qeyd edək ki, bir neçə gün əvvəl taliban qruplaşmasının lideri Molla Ömərin ölümü barədə xəbərlər yayılmış, ötən gün isə Molla Ömərin yerinə Molla Axtar Mənsurun təyin olunması barədə xəbər yayılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar