Apellyasiya Məhkəməsinin sədri dünyasını dəyişdi

Azərbaycanda məhkəmə sədri vəfat edib. "Report"un xəbərinə görə, Gəncə Apelyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.Məmmədov 1945-ci ildə anadan olub. 1975-ci ildə Kuban Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1969-1975-ci illərdə Jdanov (indi Beyləqan) Rayon Məhkəməsində məhkəmə iclas katibi, 1974-1975-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsində iclas katibi, 1975-1982-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin Qəbul şöbəsində məsləhətçi, 1982-1984-cü illərdə Ali Məhkəmənin Nəzarət şöbəsində baş məsləhətçi, 1984-1990-cı illərdə Ali Məhkəmənin Ümumiləşdirmə şöbəsinin rəisi vəzifələrində çalışıb 1990-2000-ci illərdə Bakı Şəhər Məhkəməsinin üzvü, 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi olub.

2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü idi.

2007-ci ildən dünyasını dəyişənədək Gəncə Apelyasiya Məhkəməsinin sədri olub

Qeyd edək ki, R.Məmmədov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar