Talibanın əsas fiqurları - Fotolar

Talibanın yeni lideri, 50 yaşlarındakı Molla Əxtar Mənsur Əfqanıstanın islamçı qrupunun təməlinin qoyulduğu cənubi Qəndəhar vilayətində doğulub.

İşaqzay qəbiləsinin üzvü olan Mənsur 1979-cü ildən 89-cü ilədək Sovet İttifaqının Əfqanıstana təcavüzünə qarşı mübarizə aparan, Birləşmiş Ştatların dəstəklədiyi “Əfqan cihadı" militant qrupunda fəaliyyət göstərib.

1989-cu ildən, sovet ordusunun Əfqanıstanı tərk etməsindən sonra isə o, doctor Nəcibullanın communist rejiminə qarşı Kabildə fəaliyyətə başlayan islamçı silahlı dəstədə döyüşüb.

[caption id="attachment_140681" align="alignleft" width="268"]

Molla Əxtar Mənsur[/caption]

Molla Ömərin təməlini qoyduğu Taliban qrupuna Mənsur 1992-ci ildə Nəcibulla hökumətinin dağılmasından sonra Əfqanıstanda hakimiyyət uğrunda qanlı mübarizənin başlandığı vaxt qoşulub.

Əfqanıstanda Mənsurla birlikdə illərdir Talibanın dəstəsində fəaliyyət göstərənlər onun əsasən təşkilatçılıq işləri ilə məşğul olan, orta səviyyəli rəhbər olduğunu və o vaxtlar Talibanın 10 yüksəl səviyyəli liderləri arasında olmadığını deyirlər. 2001-ci ildə, Taliban rejimi zamanı o, Qəndəhar aeroportunun baş direktoru vəzifəsində çalışıb və eyni zamanda mülki avaisiya naziri statusunda olub.

Taliban Əfqanıstanı tərk etməyə məcbur qaldıqdan və əks-hücumlara başladıqdan sonra isə Molla Əxtar Mənsura “Qəndəharın kölgə hökuməti” adı verildi və onun adı Talibanın liderlər şurasının siyahısına düşdü.

2010-cu ildə müavini Molla Əbdül Qəni Bəradar Mərkəzi Kəşfiyyat Agentliyinin yardımı ilə Pakistanda ələ keçirildikdən sonra Molla Ömər Mənsuru özünə müavin, şuraya başçı təyin etdi.

[caption id="attachment_140682" align="alignleft" width="268"]

Siracəddin Haqqani[/caption]

Talibanın bu həftə açıqladığı bəyanatda deyilir ki. 40-a yaxın yaşlarında olan olan Siracəddin Haqqani Taliban liderinin iki müavinindən biri vəzifəsinə təyin edilib.

Xəlifə kimi tanınan Haqqanı Birləşmiş Ştatlar ordusu da daxil edilməklə, Əfqanıstandakı koalisiya qüvvələrinə qarşı hücumlar təşkil edən şəbəkəyə başçılıq edir.

Siracəddin Haqqani 1980-ci illərdə Əfqanıstanda olan Sovet ordusuna qarşı Birləşmiş Ştatların dəstəklədiyi partizan qrupunun təşkilatçısı Mölvi Cəlalüddin Haqqaninin oğludur.

Taliban mənbələri Siracəddin Haqqaninin atasının Pakistanın Əfqanıstanla sərhəddə, qəbilələrin yaşadığı Şimali Vəziristanda açdığı dini Məmba-ül-Oləm seminariyasında təhsil aldığını deyir.

Birləşmiş Ştatlar Siracəddin Haqqanini ələ keçirmək üçün onun yerini deyənə 10 milyon dollar vəd edib.

Taliban adından qərarlar verən bir şəxs kimi tanınan Məuləvi Heybətulla Axund baş hakim Məulavi Əbdül Hakim Axundun müavini vəzifəsini yerinə yetirib və 2001-ci ilin sonuna, Talibanın hakimiyyətdən devrilməsinə qədər məhkəmənın inzibati işlərinə nəzarət edib.

Son illər onun Talibandakı fəaliyyəti barədə çox az məlumat var. /"Amerikanın səsi"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar