Yaxın 50 ildə Ermənistan əhalisi 1 milyon azalacaq - BMT

Birləşmiş Millətlər Təşkilatı “Dünya əhalisinin perspektivləri – 2015” adlı illik hesabat dərc edib. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, hesabatın Ermənistana aid hissəsi bədbin proqnozlarla zəngindir.

Belə ki, hesabat 2015-ci ildə Ermənistranda 3 milyon 18 min, 2030-cu ildə 2 milyon 993 min, 2050-ci ildə 2 milyon 729 min və 2100-cü ildə 1 milyon 739 min nəfər olacağını proqnozlaşdırır.

Bu isə yaxın 50 ildə Ermənistanın 1 milyon sakinin itirəcəyi anlamına gəlir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar