Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azalıb

Bu ilin ilk rübündə Rusiya ilə Azərbaycana arasında pul köçürmə sistemləri vasitəsilə pul transferləri 182 milyon dollar təşkil edib və ötən illə müqayisədə 37% azalıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında deyilir. Məlumata görə, ilin ilk 3 ayında Rusiyadan Azərbaycana 126 milyon dollar vəsait köçürülüb. Bu 2014-cü ilin analoji dövrü ilə müqayisədə 49,6% azdır.

“Hesabat dövründə Azərbaycandan Rusiyaya pul transferinin artdığı müşahidə olunur. Belə ki, yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 56 milyon dollar pul köçürülüb. Bu isə ötən illə müqayisədə 15 milyon dollar (36,6%) çoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar