"Sərdar Cəlaloğlunu yaddaşımdan silib atmışam" - Rəsul Quliyev

Hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyev Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Teleqraf.com saytına verdiyi müsahibədə onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

R.Quliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, onun yaddaşında Sərdar Cəlaloğlu adlı şəxsiyyət yoxdur: "Belə bir şəxsiyyəti yaddaşımdan silib atmışam. Ona görə sizin mənə göndərdiyiniz linki açmadım və orada nə yazıldığından xəbərsizəm".

Qeyd edək ki, S.Cəlaloğlu müsahibəsində "Rəsul Quliyev xəyal qırıqlığına uğradığı üçün belə açıqlamalar verir. Deyir ki, məqsədi İsa Qəmbəri, Əli Kərimlini siyasi lider kimi proseslərdən uzaqlaşdırmaqdır. Prezidentliyə iddialı olan birisi bütün enerjisini müxalifət liderlərinə qarşı yönəltməz. Məntiqlə onun məqsədi hakimiyyətə gəlmək olmalıdır, hakimiyyətə gəlmək istəyənlərə maneə yaratmaq yox. O, depressiyadadır və psixoz durumdadır", - deyib.

R.Quliyev S.Cəlaloğlunun fikirlərinə münasibət bildirmək istəmədiyini qeyd edib.

Ruslan

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar