PKK 2 Azərbaycan vətəndaşını girov götürüb - VİDEO- Yenilənib

Türkiyənin Jandarma Komandanlığından Azərbaycan respublikasının Qarsdakı Baş Konsulluğuna verilən məlumata görə, hadisə zamanı sərnişin avtobusunda 2 Azərbaycan vətəndaşı olub. Bu barədə ANS PRESS-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmıətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, onların ümumvətəndaş pasportları ilə əlaqədar hər hansı problem yoxdur. Hər bir halda Baş konsulluq həmin vətəndaşlara lazımi konsulluq xidmətlərini göstərməyə hazırdır.

Sərnişin avtobusunda əlavə Azərbaycan vətəndaşlarının olması məsələsi araşdırılır.

Azərbaycanın Qarsdakı konsulu Ayxan Süleymanlı PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü azərbaycanlılar barədə açıqlama verib.

Ayxan Süleymanlı ANS PRESS-in Türkiyə bürosuna verdiyi açıqlamada bildirib ki, terrorçular tərəfindən girov götürülən azərbaycanlılardan bəziləri konsulluğa müraciət edib.

Konsul digər azərbaycanlıları da konsulluğa müraciət etməyə çağırıb.

Ayxan Süleymanlının sözlərinə görə, Konsulluq girov götürülən azərbaycanlılarla bağlı lazımi tədbirlər görür.

Ərzurumda təhsil alan azərbaycanlı tələbə Səbri Musayev ANS PRESS-ə bildirib ki, Türk şirkətinə məxsus avtobusda məndən başqa 30-35 azərbaycanlı olub. Bizi 5 saat girov saxladıqdan sonra buraxıblar. Daha sonra bəzi sərnişinlərin pasportlarını qaytarıblar. Bəziləri isə avtobusda qalıblar. Ötən gecə PKK-nın saxladığı avtobus Türkiyədən Naxçıvana gəlirmiş.

Girov götürülən digər azərbaycanlıların Iğdırda yaşayan azərbaycanlılar olduğu ehtimal edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə ərazisində Azərbaycan vətəndaşlarının PKK tərəfindən girov götürülməsi və sonradan azad edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya verdiyi açıqlamada deyib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı konsulluğumuz Türkiyə hüquq-mühafizə orqanları ilə məlumatı aydınlaşdırıb.

Türkiyə hüquq-mühafizə orqanlarından Azərbaycanın Türkiyədəki səfirliyinə bildirilib ki, hadisə İqdır ilə Qars arasındakı Kağızman bölgəsində baş verib. Avtobusdakı Azərbaycan vətəndaşlarından ölən və ya xəsarət alan olmayıb.

Hazırda həmin avtobusda nə qədər Azərbaycan vətəndaşının olması araşdırılır. Bu barədə əlavə məlumat veriləcək.

Məsələ Azərbaycan Xarici İşlər Nazirliyinin, Azərbaycanın Türkiyədəki səfirliyinin və Qars konsulluğunun diqqət mərkəzindədir.

* * * 

Terrorçular partlayış törətdikdən sonra avtobusdakı insanları düşürüblər

Dünən Türkiyədə terrorçu qruplaşmalar Qars-Ərzurum-İğdır avtomobil yolunu kəsərək 100-ə yaxın insanı girov götürüb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, avtobus və avtomobillərdən düşürülən xeyli insan 2 saata yaxın girov saxlanıldıqdan sonra sərbəst buraxılıb. Terrorçuları sərnişinlərin sənədlərini və telefonlarını müsadirə edib. Girov götürülənlər arasında xeyli azərbaycanlı da olub. Onların əksəriyyəti İğdıra, oradan da Naxçıvana getmək istəyənlər olub.

Bildirilir ki, PKK terrorçuları əvvəlcədən planlaşdırılmış ssenari üzrə hərəkət ediblər. Onlar yolda qazdıqları xəndəkdə quraşdırdıqları partladıcını işə salıblar. Partlayışdan dərhal sonra pusqudan çıxan terrorçular avtobusları və avtomobilləri əhatə alıblar. PKK üzvləri Kağızman bələdiyyəsinə məxsus avtobusu və 3 yük maşınını da yandırıblar.

Terrorçuların sərbəst buraxdığı şəxslərin hamısı yaxınlıqdakı Karakurt qəsəbəsindəki təhlükəzislik qüvvələrinin köməkliyi ilə yola salınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar