Yoxa çıxan təyyarənin qalıqları Parisə gətirilib

İtmiş MH370 təyyarəsinə məxsus olduğu güman edilən qalıqların bir parçası çərşənbə günü aşkar edildiyi adadan Fransaya gətirilib.

Hissənin təyyarənin qanadından qopduğu güman edilir və Hind Okeanındakı Fransaya məxsus adada aşkar edilərək Parisə gətirilib.

Təyyarənin qalığı Parisdən təhlil üçün Toulouse şəhərindəki laboratoriyaya göndəriləcək.

Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsi 2014-cü ildə Kuala Lumpur-dan Pekinə səyahət edərəkən yoxa çıxmışdı.

Həmin zaman təyyarədə 239 sərnişin və ekipaj olub.

Ekspertlərin fikrincə, iki metr uzunluğunda olan hissə adanın sahillərinə çıxıb və Boeing 777 təyyarəsinin qanadına məxsus ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar