Rusiya ABŞ-ı YUKOS-la bağlı hədələdi

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a etiraz notası verib. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, notada Amerika məhkəməsinin YUKOS-un keçmiş səhmdarlarının Avropa Məhkəməsində təsdiqlənmiş iddiaları və kompensasiya ilə bağlı Rusiyanın Birləşmiş Ştatlardakı əmlakına həbs qoyulmasına baxmaq xahişi ilə bağlıdır.

Kremlin cavab notasından bəlli olur ki, Rusiya tərəfi sabiq səhmdarların iddiaları ilə razı deyil.

“Bununla bağlı ABŞ ərazisindəki Rusiya əmlakına münasibətdə istənilən təminedici və ya icraedici addım Rusiya tərəfindən ABŞ-a, onun ölkə ərazisindəki əmlakına və vətəndaşlarına münasibətdə Rusiyanın analoji addım atmaq üçün əsas rolu oynayacaq” - notada deyilir.

Xatırladaq ki, Avropa Məhkəməsi YUKOS-un qanunsuz milliləşdirilməsinə görə Rusiya hökumətinə 2 milyard 200 min avro cərimə kəsib və cərimənin vaxtında ödənməyəcəyi təqdirdə Avropa Birliyi (Qərb) ölkələrində Rusiyaya məxsus əmlaklara həbs qoyulmasına dair sanksiya verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar