“Bu, Putin üçün böyük sürpriz oldu” - Saakaşvili

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Günü münasibətilə zabitlər evində “Cənub” hava qüvvələri komandanı general-leytenant Pavel Zuyevlə görüşüb. Axar.az xəbər verir ki, görüş zamanı anti-terror əməliyyatlarında fərqlənən döyüşçülər fəxri fərman və digər təltiflər verilib. “Krımın işğalından sonra Putin hesab etdi ki, Ukraynanın digər regionları karton evciklərdən ibarətdir. O, fikirləşirdi ki, bütün Cənubi Ukrayna özü ona tərəf yaxınlaşacaq, Odessa qollarını açıb düşməni qarşılayacaq. Amma heç nə baş vermədi. Və bu da Putin üçün böyük sürpriz oldu”, - Saakaşvili tədbir zamanı çıxışında deyib. Saakaşvili bildirib ki, Odessa vilayətində və Ukraynadakı sülh imperiyanın sonunu, Krımın və Ukraynanın digər torpaqlarının qaytarılmasını yaxınlaşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar