Talibanda yeni lider davası

Ölüm xəbəri yayılan Taliban lideri Molla Ömərin böyük oğlu Molla Yaqub, yeni lider seçilmiş Molla Aktar Mənsuru qəbul etmədiyini və ona dəstək vermədiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Talibanın yeni lideri müəyyən olunduqdan sonra, fikir ayrılıqları yaşanmağa başlayıb. Molla Yaqub, özünün və başqa üç üst səviyyə Taliban mənsubunun, yeni liderin seçildiyi yığıncaqdan çıxdığını söyləyib.

Daha geniş bir səsvermə keçirilməsi lazım olduğunu deyən Molla Yaqub, "Mən Molla Aktar Mənsurun lider olaraq seçilməsinə qarşıyam" deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar