Dünyanın ən sürətli kompüteri
Baxiş sayı:
Dərc olunub:
01/08/2015 - 17:40
ABŞ prezidenti Barak Obama ölkəsində dünyanın ən güclü və sürətli kompüterinin yaradılması barədə göstəriş verib.
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, kompüter 2025-ci ilə qədər hazır olmalıdır. Onun saniyədə 1 kvintillion (1000000000000000000) əməliyyat yerinə yetirəcəyi gözlənilir. Yeni kompüterdən kompleks simulasiyalar və milli təhlükəsizlik sahəsində elmi hesablamaların aparılmasında istifadə olunacaq.
Hazırda dünyanın ən güclü kompüteri Çində istifadə olunur.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.