PKK tərəfindən girov götürülmüş Azərbaycanlı danışdı

pkk-qarabag“Biz şəxsi avtomobillimizlə İqdırdan Naxçıvana getmək istəyərkən silahlı şəxslər qarşımızı kəsdilər, sənədlərimizi və mobil telefonlarımızı tələb etdilər. Sənədləri və telefonları verəndən sonra bizi yol qırağındakı çalaya apardılar”.

Bunu APA-ya PKK terrorçuları tərəfindən valideynləri ilə birgə girov götürülmüş Azərbaycan vətəndaşlarından biri, 22 yaşlı Əli Səfərli deyib.

Əli Səfərli deyib ki, çalada onlardan başqa insanların olduğunu görüblər: “Bir avtobusun və başqa bir maşının da qabağını kəsərək oradakı şəxsləri çalaya gətirmişdilər. Dedilər ki, bizinlə heç bir problemləri yoxdur. Amma Türkiyədə hüquqları təmin olunanadək avtobusların, avtomobillərin qarşısı kəsiləcək. Kürdüstan ərazisinə heç kimi buraxmayacaqlar”.

Onlar orda olduğu müddətdə PKK-çılar Kağızmandakı körpünü partladıblar.

Əli Səfərli bildirib ki, onları təxminən 4 saat saxladıqdan sonra buraxıblar. Sənədlər və mobil telefonlar geri qaytarılıb. PKK terrorçuları şəxsi avtomobillərə dəyməsələr də, dövlətə məxsus TIR-ları yandırıblar.

Əli Səfərlinin sözlərinə görə, PKK-nın girov götürdüyü Azərbaycan vətəndaşlarının sayı 10-15 nəfər olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar