Rusiyadan Krım tatarlarına yeni təzyiq! - Məclis üzvləri Ankaraya buraxılmayıb

Xarici KİV-in yaydığı xəbərə görə, Krım-tatar xalq Məclisi Rusiya İstintaq Kimitəsi (RİK) Krım İdarəsinin hərəkətlərindən şikayətlidir. İdarənin rəhbərliyi Məclis üzvlərinin Krım tatarlarının Türkiyədə keçiriləcək 2-ci Ümumdünya konqresində iştirakına maneçilik yaradıb.

«Avqustun 31-də krım-tatar xalqının Məclis üzvləri Ənvər Kurtiyev, Zeynur Yaqubov və Dinara Seyitqaziyeva krım-tatar xalqının 2-ci Ümumdünya konqresinini işində iştirak etmək məqsədilə xaricə getmək istəyib. Amma yolda ikən müstəndiq onlara zəng edib və xəbər verib ki, avqustun 1-də Ənvər Kurtiyev dindirilmək üçün Rusiya İstintaq Komitəsinin Krım üzrə İdarəsinə gəlməlidir. Bunun nəticəsində Məclis üzvləri geri qayıtmağa məcbur olublar» - deyə, Məclisin mətbuat xidməti Facebook-la xəbər verib.

Qeyd edildiyinə görə, hüquq-mühafizə orqanlarının mane olması səbəbindən dolayı, krım-tatar xalqının Məclis üzvləri 1-2 avqust tarixində Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Krım tatarlarının 2-ci konqresində iştirak etmək imkanından məhrum olublar.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar