TQDK abituriyentlərə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarında iştirak edərək ixtisas seçimi müsabiqəsinə buraxılan abituriyentlərə müraciət edib.

Komissiyadan verilən məlumata görə, bəzən abituriyent və valideynlər ixtisas seçimini çətin və mürəkkəb bir proses kimi qəbul edirlər. Əslində isə bu, sadə bir prosesdir.

TQDK abituriyentlərə ixtisas seçimi zamanı diqqətli olmağı da tövsiyə edib: “Artıq seçdiyi ixtisas qrupu üzrə imtahan balları abituriyentlərə məlumdur. Bundan sonra müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında ixtisas seçimi etmək və təsdiqləmək vəzifəsi durur. İxtisas seçimi edən zaman bəzi məsələlərə diqqət yetirmək, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim edilən məlumat və tövsiyələrlə tanış olmaq lazımdır”.

TQDK ixtisas seçimi zamanın nələrin vacib olduğunu bilmək üçün abituriyentlərəhttp://eservices.tqdk.gov.az/2015/index100.html linkinə daxil olmağı da tövsiyə edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar