«Süd yolu» ulduzları tədricən yerlərini dəyişirlər - Astronomlar

Xarici KİV-in yaydığı məlumata görə, Nyu-Meksiko Dövlət Universitetinin alimləri «Süd yolu»nun xəritəsini yaradıblar. Xəritə görstərib ki, ulduzların 30 faizi meydana gələndən günümüzə qədərki müddətdə öz yerlərini dəyişiblər və indi onlar ilk yanadıqları yerdə deyillər («Qazeta.RU»).

Alimlər, 4 il ərzində müşahidə olyekti olmuş 100 min ulduz barədə məlumatlardan istifadə ediblər. Müşahidələr APOGEE spektroskopunun köməyi ilə aparılıb. Avadanlıqlar Apaçi-Poynt obsevrvatoriyasında (Nyu-Mesksiko ştatı) yerləşir. Alimlər müxtəlif ulduzların tərkibində bəzi kimyəvi elementlərin - karbonun, silisiumun və ya dəmirin - miqdarını ölçə biliblər. Aparılan işlərin nəticələri alimlərə belə nəticəyə gəlməyə əsas verib ki, bir çox kosmik cismlər indi «Süd yolu»nda formalaşdıqları yerdə deyil, tamamilə fərqli koordinatlar daxilində yerləşirlər.

Alimlərin hesablamalarına görə, ulduzların 30 faizi «miqrasiya» edib, onların bir qismi isə öz hərəkətinə (yerdəyişməsinə) davam edir və bu zaman Qalaktikanın mərkəzindən uzaqlaşır və ya mərkəzə yaxınlaşır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar