Bakıda ikimərtəbəli ev yanıb

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, evin 1-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə, 1 otağın tavanı 14 kv.m sahədə , 2-ci mərtəbədə 1 otağın tavanı 15 kv.m sahədə və evin çardağının yanar konstruksiyaları 48 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar