Türkiyənin əməliyyatları PKK rəhbərliyini üçə böldü

Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatının İraqın şimalındakı düşərgələrində keçirdiyi hava əməliyyatları nəticəsində təşkilatın yüksək səviyyəli rəhbərliyinin parçalanmasına Qəndil düşərgəsini tərk etməsinə səbəb olub.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Diyarbəkirdə yerləşən 8-ci Əsas Təyyarə Baza Komandanlığından havaya qalxan döyüş təyyarələri, separatçı terror təşkilatının daxilində və xaricdə müəyyən edilmiş hədəfləri nişan alıb.

Pilotsuz, kəşfiyyat və müşahidə təyyarələri vasitəsilə edilən hədəf seçimlərinin ardından döyüş təyyarələri, texnoloji bombalarla PKK-nın Qəndil, Zaho, Zap, Mətnə və Hakurk düşərgələrinə hava əməliyyatı keçirib.

Məlumata görə, əməliyyatların ardından Qəndildə yerləşən terror təşkilatı mənsublarının üçdə biri ərazini tərk edib. Yüksək səviyyəli rəhbərlik isə üç hissəyə parçalanıb.

larının üçdə biri ərazini tərk edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar