Azərbaycanlılar müsəlman batalyonuna can atır

Ukraynada müsəlman batalyon yaradılacaq.

Bu barədə prezident Pyotr Poroşenkonun krım-tatar xalqının işi üzrə xüsusi nümayəndəsi Mustafa Cemilev bəyan edib.

"Hazırda müsəlman batalyonunun yaradılması barədə qərar qəbul olunub. Batalyon Ukraynanın Müdafiə Nazirliyinə tabe olacaq və əsasən Krımla həmsərhəd Xerson vilayətində yerləşəcək", - Cemilev Ankarada Krım tatarlarının II Ümumdünya konqresində çıxışında deyib.

Cemilevin sözlərinə görə, artıq kifayət qədər çeçen, inquş, azərbaycanlı, özbək və digər millətlərin nümayəndələri bu batalyonda xidmət etmək istəklərini bildiriblər. Onlar Ukraynanın ərazi bütövlüyünün bərpasına öz töhfələrini vermək niyyətindədirlər. /oxu.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar