Misirdə İŞİD-in yerli lideri öldürülüb

Misir hərbçiləri Sinay yarımadasında İŞİD terror qruplaşmasının yerli özəyinin liderlərindən sayılan silahlını güllələyib. Musavat.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Misir ordusunun təmsilçisi bildirib.

Öldürülənin “Sinay əyaləti” ekstremist qruplaşmasının başçısı Səlim Süleyman əl-Haram olduğu bəlli olub. Məlumata görə, evi mühasirəyə alınan əl-Haram təslim olmaqdan imtina edib və hərbçilərə atəş açıb.

Misir ordusu son zamanlar Sinay yarımadasında silahlılar qarşı mübarizəni gücləndirib. Son iki ildə onlar yüzlərlə polis əməkdaşı və hərbçini qətlə yetiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar