Suda boğulan 2 nəfərin meyiti tapıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti Bakı şəhəri, Xəzər rayonunda dənizdə çimərkən batmış 1999-cu il təvəllüdlü Qəniyev Amil Elşən oğlunun axtarışlarını başa çatdırıb. A.Qəniyevin cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:56-da başa çatıb.

Şamaxı rayonu Nağaraxana kəndində süni göldə (sularda xilasetmə məntəqəsindən 250 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1980-cı il təvəllüdlü Məmmədov Şamil Həsənəli oğlunun da axtarışları başa çatıb. Ş.Məmmədovun cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Bu əməliyyat isə saat 08:15-də yekunlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar