İrəvanda etirazçılar yeni tələblər irəli sürüb

Ermənistanda elektrik enerjisi tariflərinin qaldırılmasına qarşı çıxış edən etirazçılar “Ermənistan Elektrik Şəbəkələri” paylaşdırıcı şirkətinin milliləşdirilməsini tələb ediblər. Bu barədə APA “TASS”a istinadən xəbər verir.

Paylaşdırıcı şirkət Rusiyanın “İnter RAO” korporasiyasının törəmə müəssisəsidir.

“Qalx, Ermənistan!” vətəndaş hərəkatının Şurası paylaşdırıcı şirkətinin milliləşdirilməsindən başqa ölkədə tarifləri formalaşdıran İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Dövlət Komissiyasının ləğv olunmasını da tələb ediblər.

Xatırladaq ki, iyunun 17-də İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Dövlət Komissiyası “Ermənistan Elektrik Şəbəkələri” paylaşdırıcı şirkətinin sorğusunu təmin edərək, avqustun 1-dən elektrik enerjisi tariflərinin 16,7 faiz qaldırılmasına dair qərar verib.

Qeyd edək ki, “Ermənistan Elektrik Şəbəkələri” paylaşdırıcı şirkəti 100 faiz Rusiyanın “İnter RAO” korporasiyasına məxsusdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar