Türkiyədən yenə də şəhid xəbəri - Video

Partlayış zamanı bir əsgər şəhid olub və atışmada 8 əsgər yaralanıb.

Türkiyə Mardin vilayəti Midyat rayonunun Gəlinkaya bğölgəsində baş vermiş növbəti terror aktında ölən və yaralananlar olub. Anspress-in məlumatına görə, Gəlinkaya bölgəsindəki neft boru kəməri terrorçuların hücumuna məruz qalıb. Hadisə yerinə hərbçilər cəlb olunub və bu vaxt mina partlayıb. Partlayış zamanı bir əsgər şəhid olub və tərəflər arasında başlayan atışmada 8 əsgər yaralanıb. Yaralılar Midyat dövlət xəstəxanasına çatdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar