“Yanukoviç Putindən nümunə götürüb”

İtaliyanın “Corriere della Serra” qəzeti Ukraynada baş verən son hadisələrı şərh edən məqaləsində mitinqçilərin hiddətlənməsinin səbəblərinə toxunub. Qəzet yazır ki, narazı qüvvələrlə mübarizə aparmaq üçün Ukrayna hökuməti rus yolu ilə getmək istədiyindən ölkə paytaxtında qarşıdurmalar başlayıb. Daha sonra məqalədə deyilir:

“Ukrayna böhranının sülh yolu ilə nizama qoyulması imkanları getdikcə azalır. Bu yaxınlarda Ukrayna parlamenti “böyük tələskənliklə” sərbəst toplaşmaq və digər manifestasiyalarla əlaqədar bir sıra qanunlar qəbul etdi. İsveç xarici işlər naziri Karl Bildt bəyan edib ki, “Bu akt Avropada qəbul edilmış bütün repressiv qanunlar içərisində ən sərtidir”. Belə addım atmaqda Yanukoviç Putindən nümunə götürüb. Belə ki, hüquqi normalarla əlaqədar olan bir çox qanunlar 2012-ci ildə Rusiyada qəbul edilmiş anoloji qanunlardan birbaşa köçürmədir. Böhtan atmaq adı ilə məmurları tənqid edən yazılara görə jurnalistlərin həbsə atılması və islah-əmək kaloniyasına göndərilməsi də nəzərdə tutulur. Həmin qanuna əsasən, bundan sonra Ukraynadakı bütün xəbər saytları xüsusi sistemdə qeydə alınmalı, digər tərəfdən isə siyasi proseslərdə iştirak edən və xaricdən maliyyələşən təşkilatlar “xarici agent” kimi qeydiyyatdan keçməlidirlər. Əlavə olaraq internet provayderləri hökumətin tələbi ilə istənilməyən kompaniyaların və şəxsi istifadəçilərin internetə girişini dayandıra bilər. Yeni qanuna görə, kütləvi tədbirlərin məhdudlaşdırılması və hüquq mühafizə orqanlarının icazəsiz nümayişləri dağıdacağı xəbəri Kiyev şəhərində böyük qarşıdurmaya səbəb olub.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar