"Ağ Ev Klintonlara qayıtmamalıdır" - Bayden

"Ölkənin vəziyyəti Bayden dəyərləri ilə daha yaxşı olacaq".

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden prezident seçkilərində iştirak etmək haqqında düşünür. ANS PRESS-in məlumatına görə, onun bu haqda düşünməsinəmay ayında xərçəngdən vəfat edən oğlu Bo Bayden səbəb olub. "Bo çalışırdı ki, atası prezident seçkilərində iştirak edəcəyi haqda ona söz versin. Deyirdi ki, Ağ Ev Klintonlara qayıtmamalıdır. Ölkənin vəziyyəti Bayden dəyərləri ilə daha yaxşı olacaq", - Co Baydenin nümayəndəsi Bo Baydenin fikirlərini belə izah edib.

Barak Obama, Co Bayden və oğlu Bo Bayden

Bildirilir ki, Co Bayden bu haqda öz ailəsi, dostları və partiyanın sponsorları ilə müzakirələr aparır. Həmçinin onun ofisi də Demokratik partiyanın fəalları və donorları ilə bu barədə danışıqlara başlayıb. Bəziləri bildirir ki, vitse-prezidentin öz namizədliyini irəli sürməsi prezident seçkilərinin gedişatını dəyişə bilər. Beləliklə, Co Bayden Hillari Klintonu qabaqlaya bilər. Halbuki indiyədək Demokratlar partiyasının ən güclü namizədi Hillari Klinton sayılırdı.

Başqa bir qrup isə Co Baydenin bu seçkilərdə şansının olmadığını deyir. Çünki Hillari Klintonun Demokratlar partiyasında güclü dəstəyi var. Bundan başqa Co Baydenin artıq 72 yaşı var və o, zaman-zaman siyasi cəhətdən nəzakətsizliyə və səhvlərə yol verir. Ən əsası isə, onun Demokratlar partiyasında Hillari Klinton qədər güclü dəstəyi yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar