Son 8 ildə Klintonların gəliri $140 milyon təşkil edib

Xarici KİV-in yaydığı xəbərə görə, ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun və onun əri - Ağ Evin sabiq başçısı Bill Klintonun ümumi gəliri son 8 ildə 140 milyon dollar olub. Bu rəqəm cümə günü keçmiş «birinci ledi»nin seçkiqabağı qərargahının dərc etdiyi sənədlərdə yer alıb. Hillar Klinton 2016-cı il prezident seçkilərində Demokrat Patiyasının ən şanslı namizədi sayılır (TASS).

İlkin məlumatlara görə, 2007-ci ildən ötən müddətdə Klintonlar ölkənin büdcəsinə 44 milyon dollar vergi ödəyiblər. Bundan başqa elə həmin müddətdə bu cütlük öz şəxsi gəlirlərindən 15 milyon dolları xeyriyyə işlərinə məsrəf edib.

Gəlirlər barədə dərc edilmiş məlumatda o da qeyd olunur ki, Klintonlar ahıl yaşlarında varlanmış insanlardır.

Eks-dövlət katibi xatırladıb ki, ərə gedənə qədər o, uşaqların müdafiəsi Fondu hüquq-müdafiə təşkilatında aşağı maaşlı vəzifələrdə işləyib, onun əri isə gənc yaşlarında Arkanzassk universitetində müəllim işləyib və ildə 16450,0 dollar qazanıb.

«İndiki firavanlığımız üçün biz, Amerikanın bəxş etdiyi imkanlara minnətdarıq» - deyə, Hillari Klinton qeyd edib.

Xəbər verilir ki, Demokrat partiyasının seçkiqabağı qurultayı 25-28 iyul 2016-cı il tarixlərində Filadelfiyada (Pnesilvaniya ştatı) keçiriləcək. Qurultayın yekunları əsasında partiyanın rəsmi namizədi müəyyən olunacaq.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar