Tacir Şahmalıoğlunun qardaşının cəsədi tapıldı

Tanınmış müğənni Tacir Şahmalıoğlunun dənizdə batan qardaşının cəsədinin axtarışları nəticə verib. Ölkə.az-ın məlumatına görə, 36 yaşlı Mahir Allahverdiyevin cəsədi bu gün tapılıb.

Xatırladaq ki, iyulun 31-i Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar