İSA QƏMBƏR MÜHARİBƏ ELAN ETMƏYƏ HAZIRLAŞIR - Əli Kərimliyə...

Müsavat Partiyasının başqanı İsa Qəmbər xüsusi mətbuat konfransına hazırlaşır. Bu barədə bu partiyaya yaxın saytlar məlumat yayıb. Müsavat Partiyasındakı mənbələrə istinadən yayılan məlumatda bildirilir ki, İsa Qəmbər mətbuat konfransını bu həftənin içərisində keçirməyi planlaşdırır.

"Müsavat Partiyası Milli Şuradan çıxdıqdan sonra AXCP-nin bu partiyaya hücumlarına cavab verməməklə bağlı birtərəfli qaydada marotorium elan edib. Ancaq AXCP-nin ittihamları səngimir və getdikcə qızışır. Buna görə də, Müsavat Partiyası moratoriumu dayandırmaq məcburiyyətindədir. İ.Qəmbərin brifinqdə AXCP-nin ittihamları barədə danışacağı, moratoriumun aradan qaldırılacağını elan edəcəyi və cəmiyyətə önəmli mesajlar verəcəyi gözlənilir." Məlumatda belə deyilir.

Bu məlumat özünü doğrultsa, bu o demək olacaq ki, AXCP ilə Müsavat arasında "müharibə" hələ bundan sonra başlayır. İsa Qəmbər keçirəcəyi mətbuat konfransında Əli Kərimliyə rəsmən müharibə elan edəcək.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar