Qumarxanalar yenidən qayıdır- Heydər Əliyevin qadağasını kimlər pozur?

1998-ci ildə məhrum Heydər Əliyevin son qoyduğu qumarxanalar yenidən paytaxt və iri şəhərlərdə fəaliyyətini bərpa edib. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, artıq bir müddətdir paytaxtda, xüsusilə, Nəsimi rayonu ərazisində və mikrorrayonlarda lotoxanalar fəaliyyət göstərir.

Eyni hal Sumqayıtda da müşahidə olunub. Bəzi yerlərdə isə kompüter vasitəsilə qumar oyunları təşkil olunur. Özü də bu qumarxanalar gizli fəaliyyət göstərmir. Məlumatda deyilir ki, buna səbəb qumarxanaların yüksək səviyyədə himayə olunması ilə bağlıdır. Bəzi iddialara görə, qumarxana işlədənlər ərazi üzrə rəhbərliklə anlaşdıqdan sonra bu işi görməyə başlayırlar.

Məlumat üçün deyək ki, mərhum Heydər Əliyev qumarxanaların fəaliyyətinə 1998-ci ildə qadağa qoyub. 1998-ci ildən sonra Azərbaycanın heç bir yerində qumarxana fəaliyyət göstərməyib. Görünür, bu sahənin yaxşı gəlir mənbəyi olması qumarxanaların himayədarlarını Heydər Əliyevin qadağasını pozmağa həvəsləndirib.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar